Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevə məsləhətləşmələrə başlamağı təklif edərkən, onun sosial şəbəkədəki bir başqa cümləsi də diqqət çəkicidir. Cümlənin birinci hissəsi “sülh sazişini imzalamağa hazıram”, ikinci hissəsi “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsindən ibarətdir.
Axar. az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan bu sözləri deməklə sübut edir ki, Ermənistan atəşkəsi pozub:
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın atəşkəsi pozduğu məlumatlarını təkzib etməyə çalışsa da, Paşinyanın “tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” cümləsi atəşkəsin Ermənistan tərəfdən pozulduğunu açıq etirafıdır. Paşinyan illər öncəki açıqlamasında “Ermənistan ordusunda beşinci kolon mövcuddur” demişdi. Görünür, Paşinyan atəşkəsi pozan həmin beşinci kolonu ordusundan təmizləyə bilmir ki, “atəşkəsi pozmayın” müraciəti ilə çıxış etməli olur”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video