Avropanın “məntiqi”: Putinsiz savaşı dayandırmaq olar?

09:02 - 4 Mart 2025 - GÜNDƏM

 Avropanın “məntiqi”: Putinsiz savaşı dayandırmaq olar?

Londonda Ukrayna ilə bağlı görüş başa çatdı, qərara gəldilər ki, Avropa sülh planı hazırlasın və Trampa, ABŞ-a təqdim etsin.

BUTA.TV xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli Londonda 2 martda baş tutan Ukrayna üzrə sammitin nəticələri haqda qeyd edib.

O bildirib ki, daha bir qərar 3-4 milyard dollarlıq yardım oldu:

“Amma heç bir ölkə “biz Ukrayna üçün vuruşmağa, ölməyə hazırıq” demədi. Yəni iş gəldi yenidən Trampa, ABŞ-a çatdı. Əgər sülh üçün də, müharibə üçün də tək lazım olan dövlət ABŞ-dırsa, nədən yenə ABŞ-ın həll edə biləcəyi məsələni Avropadan dönüb masaya gətirirsiniz?! Deməli, məsələ aydındır – Ukraynadan “torpedo” kimi istifadə edirlər, içiboş və “psevdo-sol-liberal” Avropa elitasının Münhendə söyülməkləri, masadan kənarda qalmaqları şənlərinə toxunub deyə, Zelenskidən istifadə edib masaya dönmək, söz sahibi olmaq istəyirlər. Bunun acısını-ağrısını isə fədakar Ukrayna xalqı, qəhrəman Ukrayna əsgəri çəkir”.

N.Cəfərlinin fikrincə, Putinlə müzakirələrin, danışıqların aparılması adi məntiqdir:

“Putinlə danışmadan müharibəni necə bitirmək olar? Hərbi qələbə və Rusiyanın kapitulyasiyası ilə? Nüvə silahı olan ölkə kapitulyasiya elan edərmi?! Konvensional silahlarla qələbə qazanmaq olarmı Rusiyaya? Ölməyə hazır olan beyinləri yuyulmuş “balaca putinlər” Rusiya əhalisinin, azı, 60-70%-ni təşkil edir: insan resursu bitmir, hərbi resursu azalmır, axmaq və dişsiz sanksiyalar işləmir… Başqa nə yol təklif edir Ukrayna və Avropa?! Avropada Ukrayna üçün ölməyə hazır yüzminlərlə əsgər varmı?!

Qalır bircə yol – Rusiyanı uzunmüddətli “qucaqlayıb boğmaq” strategiyası. Bunun üçün atəşkəs və Ukraynanın yenidən inşası lazımdır. Atəşkəs üçün isə danışıqlar lazımdır, vəssalam!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol