Araik Tovuz döyüşlərindən danışdı: Təəssüf edirəm...

23:14 - 3 Mart 2025 - KRİMİNAL

 Araik Tovuz döyüşlərindən danışdı: Təəssüf edirəm...

Müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Araik Arutyunyan Tovuz rayonunda baş verən hadisələrdən danışarkən deyib.

Araik Arutyunyan daha sonra qeyd edib:

“Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim Feysbuk səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edir və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda siqaret bahalaşdı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol