Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb. “BUTA TV” xəbər verir ki, səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb. Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib.
O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.
- “Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”
- Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı
- Azərbaycanda siqaret bahalaşdı
- Kiyev üçün 3-cü “qırılma”: Britaniya sürətlə oyuna girdi
- Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO
- “İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?
- "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın"
- Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Qənirə Ataşova sensasion sənədlər yaydı –FOTOLAR