19 yaşlı pakistanlı Məhəmməd Ərşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, Məhəmməd Ərşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.
Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Ərşada oxşamadığı müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.
Ərşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Əli Osmana məxsus olub. Həmin pasporta görə əmisi oğluna üç min dollar ödəyib.
Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil” - VİDEO
O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.
Maraqlıdır ki, Ərşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.
Araşdırma zamanı o da məlum olub ki, Əli Osman öz pasportunu əmisi oğlu Ərşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Ərşad işləmək və yaşamaq üçün İspaniyaya getmək istədiyini deyib.
Məhkəmə Məhəmməd Ərşada səkkiz ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkədən çıxarılacaq.
- “İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?
- "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın"
- Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Qənirə Ataşova sensasion sənədlər yaydı –FOTOLAR
- Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı
- Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama
- Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil” - VİDEO
- Məşhur holdinqin CEO-su Ramazanla bağlı mesaja görə saxlanıldı - FOTO
- Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir?