Zelenskini kürəyindən necə belə bıçaqlaya bilərsən?

08:53 - 1 Mart 2025 - SİYASƏT

 Zelenskini kürəyindən necə belə bıçaqlaya bilərsən?

Ağ Evdəki səhnələr şokedicidir. İşğal olunmuş bir ölkənin prezidentini kürəyindən necə belə bıçaqlaya bilərsən?

BUTA.TV xəbər verir ki, bu sözləri Bundestaqın Xristian Demokrat İttifaqı fraksiyasının sədr müavini Johan Devid Vadeful Ağ Evdə mübahisə ilə keçən Tramp-Zelenski görüşünü şərh edərkən deyib. “Azad Avropa Ukraynaya xəyanət etməyəcək”, - alman siyasətçi bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib. İctimaiyyət önündə mübahisə edən liderlər daha sonra görüşü qapalı formada davam ediblər. Ancaq bağlı qapılar arxasındakı görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı sazişin imzalanması ləğv edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol