Bakıda 4 nəfərin meyiti tapılıb.
“BUTA.TV” Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.
Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb.
Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar davam etdirilir.
- “Yumşaq güc” reytinqi açıqlandı: Azərbaycan neçəncidir?
- 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı
- Döyüş mövqelərində vəziyyət nə yerdədir? - MN
- Bakıda yeyib-içən dörd dostun meyiti tapıldı
- Si Kremldən şübhələndi - Tramp istəyinə çatır
- Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?
- Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili
- İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video