Pekində ictimai təhlükəsizlik naziri, dövlət müşaviri Van Syaoxunq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Vanq Xiaohonq görüşdə ümidvar olduğunu bildirib ki, tərəflər iki dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları həyata keçirəcək, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığı dərinləşdirəcək, telekommunikasiya və onlayn fırıldaqçılıq və onlayn qumar kimi transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə aparacaq, hüquq-mühafizə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın yüksək səviyyədə inkişafına kömək edəcək.
A.Nağıyev öz növbəsində Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən təhlükəsizlik çağırışlarına birgə səylərlə cavab verilməsi üçün Çinlə işləməyə hazır olduğunu bildirib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN