Türkiyə mediası bu fotonu “Ukrayna üçün Türkiyə çətiri” qeydi ilə paylaşıb. Yerində olan təsbitdir. Zelenskinin Ankara səfəri Rusiya ilə mümkün danışıqlarda və Ukraynanın gələcəyinin inşasında Türkiyəni yanlarında görmək/göstərmək məqsədi daşıyır.
Bunu bir neçə kontekstdə dəyərləndirmək olar:
Birincisi, ABŞ-Rusiya danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır: ABŞ-ın müdaxiləsi fonunda bunun mümkünlüyü bir qədər çətin görünsə də, Ankaranın Moskva ilə münasibətləri və Ukrayna müharibəsində indiyə qədər yeganə uğurlu vasitəçi olması Kiyevin onsuz Moskva ilə danışan Vaşinqton qarşısında əlini gücləndirir və maraqlarının nəzərə alınmadığı masadan qaçmaq imkanlarını artırır;
İkincisi, Ukrayna mümkün danışıqlar masasında mövqeləyini gücləndirmək üçün Türkiyəni iştirakçılardan biri kimi irəli sürə bilər (artıq Zelenski buna işarə etdi);
Üçüncüsü, Kiyev mümkün sülhdən sonra Ukraynanın təhlükəsizliyinin təminatında Türkiyənin də iştirakını istəyir: Ankaranın prosesə daxil olması Ukraynaya Qərb/NATO cəbhəsində dəstək perspektivlərini artıran amillərdəndir;
Ukrayna Tramp-Putin danışıqlarına təslim olmaq niyyətində deyil və masada daha güclü əyləşmək üçün bütün mümkün variantlardan yararlanmağa çalışır.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN