6 fevral 2025-ci il tarixində Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Bu mühüm tarix ölkələrimiz arasında dostluğu, qarşılıqlı dəstəyi və strateji tərəfdaşlığı simvollaşdırır. Biz üç onillik ərzində siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələri möhkəmləndirmişik, gələcək əməkdaşlıq üçün möhkəm təməllər qoymuşuq.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevin Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə həsr olunmuş məqaləsində deyilir.
Səfirin sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlərin dərin tarixi kökləri var: “Hələ 1918-ci ildə Ukrayna dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında rəsmi diplomatik əlaqələr qurulmuşdu ki, bu da müasir tərəfdaşlığın əsasını təşkil edirdi. Bu tarixi irs xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin mühüm sübutudur”.
Diplomat bildirib ki, Ukrayna və Azərbaycanın müstəqilliyinin ilk günlərindən xalqlarımız həmişə bir-birini dəstəkləyiblər, eyni zamanda, ölkələrimiz ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edir.
“Azərbaycan Ukrayna üçün ticarət və energetika sahəsində etibarlı tərəfdaşdır. Dövlətlərimiz arasında mal və xidmətlərin dövriyyəsi 2022-ci ildə xeyli azalmadan sonra bərpa olunur və tədricən artır, nəqliyyat dəhlizinin inkişafı kimi strateji infrastruktur layihələri isə biznes və regional əməkdaşlıq üçün yeni imkanlar açır.
Humanitar əlaqələr də eyni dərəcədə vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən, 5 fevral 2025-ci il tarixində Ukraynanın enerji sistemi üçün enerji avadanlıqlarına növbəti yardımın ayrılması haqqında sərəncam imzalayıb. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərindən Azərbaycan ərazilərin minalardan təmizlənməsinə dəstək verir, humanitar yardım göstərir. Biz səmimi qəlbdən minnətdarıq, bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq”, – Yuri Husyev əlavə edib.
- İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi
- Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…
- Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - KİV
- Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert
- Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?
- Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto
- Prezident Bayramova baxdı: Buna dərhal son qoyacağıq
- Vardanyan yaşı 45-50-dək olanlardan muzdlu dəstələr yaradırdı...