Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından Qarabağda ləğv edilmiş separatçı "artsax" rejiminin bayrağı götürülüb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib. Metal bayraq dirəyi kəsilib, bayrağın özü isə götürülüb. Şəhər sakinləri bunun ilk olmadığını, daha əvvəl də sözügedən bayraqların yığışdırıldığını bildiriblər.
Şəhər meriyası bu barədə göstərişin verildiyini təsdiqləyib:
"Bəli, biz bunu etdik. Əmri kimin verdiyini soruşmağa gəlincə, bunu özünüz təxmin etməlisiniz. Əmr yuxarıdan verilib".
Eçmiədzin sakini Armen Aleksanyan bildirib ki, Paşinyan rejimi hesab edir ki, "Artsax" bayrağı Ermənistanda olmamalıdır.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Qarabağ atları Almaniyada - Foto
- Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
- Azərbaycanlı şagird bu xarici universitetlərin təqaüdünü qazandı
- Vətən müharibəsi qazisi vəfat etdi
- II və III qruplara qəbul imtahanları keçirildi
- 17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı