Bu gün Qarabağda həbs edilən hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesi başlayır. Bunu Azərbaycanın “Nurnberq prosesi” də adlandırmaq olar.
Əsas diqqətçəkən məqam dünən (16 yanvar) Ermənistan mediasının tirajladığı Ruben Vardanyanın müraciətidir. Vardanyan iddia edir ki, “heç bir sənədə imza atmayıb”, “heç bir ifadə verməyib”. Hətta “saxlanılan vaxt yalnız adımı demişəm” kimi böyük iddialar irəli sürüb. Hərçənd, daha öncə Vardanyanın istintaq orqanları ilə əməkdaşlıq etdiyi, mühüm sirləri açdığı, hətta təkcə Qarabağda törətdikləri cinayətlərlə bağlı yox, həm də Qərbdə Azərbaycana qarşı olan qruplarla əməkdaşlığını (misal üçün, USAİD rəhbəri Samanta Pauerlə bağlı etirafları), həyata keçirdikləri işləri etiraf etdiyi haqda məlumatlar var. Onun istintaq orqanları ilə əməkdaşlıq etməkdən başqa yolunun qalmadığı da məlumdur.
Bəllidir ki, bu müraciəti Vardanyan Bakıdan göndərməyib, onun adından hazırlayıblar. Məhkəmədən bir gün öncə Vardanyanın adından yayılan müraciətin məqsədi prosesi manipulyasiya etmək və onu “qorumaq”dır. Çünki Vardanyan da daxil olmaqla hərbi cinayətkarların etirafları həm Ermənistanı çətin vəziyyətə sala, həm də erməni ictimai rəyində “mübariz” obrazlarını sıradan çıxara bilər. Rubenin etirafları isə Qərbdəki “dostlarının” da narazılığına səbəb ola, ona verilən dəstəyin kəsilməsi, yaxud azalması ilə nəticələnə bilər. Bu baxımdan, məhkəmədən bir gün öncə yayılan müraciətlə Rubeni sığortalamağa çalışırlar.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək