Gürcüstan hakimiyyətinin parlament seçkilərindən sonra eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və ona bağlı birliklərin konstitusiyaya zidd fəaliyyətinin tanınması təşəbbüsünü həyata keçirməsi Avropa Komissiyasının reaksiyasına səbəb olacaq.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.
“Hazırkı fəaliyyət kursu Gürcüstanın AB-yə gedən yolunu təhlükə altına qoyur və faktiki olaraq üzvlük prosesini dayandırır. Avropa Komissiyası Gürcüstandakı ritorika və hadisələri diqqətlə izləyir və buna uyğun cavab verməyə hazırdır. Bütün variantlar masadadır və bu bəyanatlar reallaşarsa, biz buna uyğun hərəkət edəcəyik”, - Stano bildirib.
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video