Ənənəvi olaraq görmə məhdudiyyətli seçicilərimizi nəzərə alırıq. Onlar üçün brayl əlifbası çap edilib, məntəqələrə göndərilib.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə 125 trafaret hazırlanıb, bütün məntəqələrə çatdırılacaq:
"Bununla da onlar səs verə biləcəklər".
"Biz həmçinin hərəkət məhdudiyyəti olan seçicilərimiz üçün də panduslar quraşdırmaq təcrübəsinə malikik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlayırıq və bütün məntəqələrdə pandusların qoyulmasının təmin olunmasına çalışırıq. 2471 məntəqəyə panduslar qoyulacaq", - deyə MSK sədri əlavə edib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı