Keçmiş MMA döyüşçüsü Məhəmməd Mokayev Rusiyada avtomobil qəzasına düşüb.
BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, idmançının idarə etdiyi “Mersedes-AMG A35” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.
Hadisə zamanı onun dostu da maşında olub, lakin heç biri xəsarət almayıb. Onlar yerli sakinlərin köməyi ilə avtomobildən çıxarılıb.
Qeyd edək ki, M.Mokayev Rusiyada doğulsa da, 12 yaşından Böyük Britaniyada yaşayır. O, qarışıq döyüş növləri üzrə yarışlarda İngiltərəni təmsil edib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı