Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə günorta saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, rayonun Əngərxan kənd sakini 16 yaşlı Emil Oktay oğlu Əsgərov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qəza zamanı Emil Əsgərov hadisə yerində ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmaların sonunda hadisənin dəqiq başvermə səbəbi bəlli olacaq.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı