Bülbülün Şuşada yerləşən ev-muzeyinin direktoru Ülviyə Hüseynova ziyarətçilərə qarşı çox kobud davranış nümayiş etdirib.
BUTA.TV-ın əməkdaşının verdiyi məlumata görə, o, nahar fasiləsini bəhanə edərək ev-muzeyinin qapısını bağlayıb, ziyarətçiləri oradan çıxarıb.
“Bülbülün ev-muzeyini ziyarət etməyə gəlmişik. Burada ev-muzeyinin direktoru olduğunu deyən Ülviyə Hüseynova adlı xanım saat 2-də nahar fasiləsinə çıxdığını deyib, muzeyi bağladı. Üstəlik, sanki insanların ona borcu varmış kimi çox qaba və tərbiyəsiz şəkildə rəftar edərək, ziyarətçiləri həyətdən çıxardı”, - məlumatda qeyd olunub.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı