Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə həmsərhəd Sum vilayətinə səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Zelenski özünün Feysbuk səhifəsində bildirib.
Zelenski səfər zamanı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski və Sum vilayətinin hərbi administrasiyasının rəhbəri ilə görüşüb.
“Baş Komandan fəal əməliyyatların bütün sahələrində, xüsusilə də cəbhənin ən çətin istiqamətlərində əməliyyat şəraiti barədə məruzə edib. O, Torez və Pokrovski istiqamətlərində müdafiəni gücləndirmək üçün atılan addımlar barədə məlumat verib. Kursk vilayətində daha bir yaşayış məntəqəsi nəzarətə götürülüb”, - Zelenski bildirib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı