Bu gün İranın Qəzvin əyalətində Ərbəin zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi, polkovnik Fərhad Zakiri Məneş məlumat verib.
“Bu gün səhər saatlarında 05:47 radələrində 44 Ərbəin zəvvarını daşıyan avtobus Qəzvin-Rəşt magistralında “Nissan” markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə 15 sərnişin yaralanıb”, - məlumatda deyilib.
Onun sözlərinə görə, dörd nəfər dərhal xəstəxanaya aparılıb, digər zərərçəkənlər isə ambulator müalicə olunub.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı