Bakının İrəvana göndərdiyi COP29 dəvətinə Baş nazir Nikol Paşinyanın məzuniyyətdən sonra keçirəcəyi ilk mətbuat konfransında münasibət bildiriləcək.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətində adı açıqlanmayan mənbə “Hraparak”a bildirib.
Nəşr yazır ki, Bakıda keçiriləcək sammitdə iştirak üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın adına rəsmi dəvət göndərilib. Lakin İrəvan hökuməti hələ də susur.
Hakimiyyətdəki mənbə Ermənistan rəhbərliyinin məsələ ilə bağlı qərar verdiyini, sadəcə ictimaiyyətin kəskin reaksiyasından ehtiyat etdiyini açıqlayıb.
Digər bir iddiaya görə isə Qərb COP29-dan əvvəl Bakı ilə sülh müqaviləsi imzalanması üçün İrəvana təzyiqləri gücləndirib. Ermənistana sazişin imzalanması üçün noyabrda keçiriləcək sammit fürsətindən istifadə etməsi tövsiyə olunub.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı