Bu şəhər uğrunda payızda ilk ciddi döyüş olacaq - Ekspert

09:02 - 22 Avqust 2024 - GÜNDƏM

 Bu şəhər uğrunda payızda ilk ciddi döyüş olacaq - Ekspert

Rusiya qüvvələri Pokrovsk istiqamətində Ukrayna Müdafiə Qüvvələrinə təzyiqlərini dayandırmır.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi analitik İvan Stupak bildirib.

Ekspertin fikrincə, rusların Pokrovskda məqsədi Donetsk vilayətindəki Ukrayna qrupunu iki komponentə - şərti şimal və cənuba yolunu kəsməkdir. Yəni, klassik döyüş sənətinə görə, düşmənin qüvvələrini parçalamaq və onları hissə-hissə "yemək".

Düşmən Pokrovska doğru irəliləməyə davam edir və yerli əhalinin təxliyəsinə cəmi bir-iki həftə qalıb:

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

“Kiyevin rəsmi rəhbərliyi bəyan edib ki, Pokrovsk şəhərinin yerli sakinlərinə öz şəhərlərini təhlükəsiz tərk etmək üçün 14 gün vaxtları var. Çox güman ki, payızda Pokrovsk şəhəri üçün ilk ciddi döyüşləri görəcəyik".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol