Əvvəla onu qeyd etməliyik ki, BRİKS nə hərbi, nə də siyasi təşkilatdır. Siyasi və hərbi institutları mövcud deyil. Əsas hədəfi isə qarşılıqlı investisiya qoyulması, yeni nəqliyyat dəhlizləri, güzəştli tariflərlə ticarətdir.
Bu sözləri BUTA.TV-a Azərbaycanın BRİKS-ə üzvlük üçün müraciəti ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert sözügedən addımın dəhlizlərlə bağlı olduğunu bildirib:
“Burada vacib məqam odur ki, təşkilata üzv olan böyük iqtisadi gücə sahib Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasının Qərb ölkələri ilə ümumi ticarət dövriyəsi 3 trilyon dollara yaxındır. Ona görə də bu ölkələrin də əsas ticarət tərəfdaşı ABŞ və AB ölkələridir. Eyni zamanda, Azərbaycanın da əsas ticarət tərəfdaşı AB-dir, ixracatın böyük qismi bu istiqamətdədir. İnvestisiya qoyulması sahəsində də Qərb ölkələri ilk sıradadır. Azərbaycanın təşkilata üzvlüyündə məqsəd isə gələcəkdə fəaliyyət göstərəcək dəhlizlərin mərkəzinə çevrilməkdir. Cənubi Qafqaz regionu Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin reallaşması üçün xüsusi önəm daşıyır. Azərbaycan isə bütün bunların mərkəzindədir. Digər tərəfdən Çin, Rusiya və Hindistanın sadaladığımız dəhliz layihələrində öz maraqları var. Fikrimcə, ölkəmizin BRİKS-ə üzv olmaq istəyinin də əsas səbəbi bunlarla əlaqədardır. Əgər doğru dəyərləndirə bilsək, bu addım Azərbaycan üçün çox faydalı ola və əlavə investisiya qoyuluşuna şərait yarada bilər”.
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı