Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi gələn həftə Kursk atom elektrik stansiyasına səfər etməyi planlaşdırdığını açıqlayıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə "Faynənşl Tayms" qəzetinə müsahibəsində bildirib .
"Qrossi gələn həftə Kursk Atom Elektrik Stansiyasına baş çəkəcəyini və onun rəhbərliyi ilə danışacağını və AES-ə qarşı hücumların olub-olmadığını müəyyən edəcəyini bildirib", - nəşr yazıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qrossinin avqustun sonunda Kursk AES-ə səfəri üçün prosedurlar hazırlanır.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı