İsrail hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva istefa mərasimi zamanı ölkənin 7 oktyabrda sərhədlərini qoruya bilməməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
O, İsrail və HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsinə səbəb olan amilləri dərindən öyrənmək və anlamaq üçün milli araşdırmaya çağırıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrail ərazilərini Qəzza zolağından kütləvi raket atəşinə tutması, həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini zəbt etməsi və insanları girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı