İran Silahlı Qüvvələrinin Baş Qərargahı "Fars" nəşrinin mərhum prezident İbrahim Rəisiyə məxsus helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatı təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Fars"ın verdiyi məlumata görə, helikopterin qəzaya uğramasına səbəb olan amillərdən biri təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması və bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə etmək üçün kifayət qədər gücü olmadığı barədə məlumat yalandır", - məlumatda deyilir.
Qeyd edək ki, daha öncə Rəisinin ölümü ilə bağlı araşdırmanın başa çatdığı və bədbəxt hadisə nəticəsində qəzanın baş verdiyi bildirilib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı