Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən tullantıların ətraf mühitə atılması, orada qalaqlanması ilə bağlı sosial şəbəkələrdə təəssüfedici görüntülər yayılır.
BUTA.TV xəbər verir ki, bu kimi hallara münasibət bildirən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə belə davranışın yolverilməz olduğunu deyib.
Xidmət rəisi tullantıların nəzərdə tutulmayan əraziyə atılmasının inzibati məsuliyyət yaratması haqda xəbərdarlıq edib:
“Bəzi vətəndaşlarımız bu ərazilərə səfər edərkən istər qanunvericiliyə, istərsə də mənəvi dəyərlərimizə zidd olaraq tullantıları getdikləri, dincəldikləri ərazilərə atırlar. Bu kimi xoşagəlməz halları nəzərə alaraq, bir daha diqqətə çatdırıram ki, bu, həm inzibati qayda pozuntusu, həm də mənəvi dəyərlərimizə zidd olan hərəkətdir”.
O bildirib ki, artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və "Təmiz şəhər" ASC ilə birgə Xocalıda yerləşən Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb:
"Fürsətdən istifadə edib bu məsələdə vətəndaşlıq mövqeyi göstərərək məlumatları vaxtında ictimailəşdirən şəxslərə təşəkkür edirik. Çünki bütün əraziləri nəzarətdə saxlamaq, bütün ərazilər barədə dərhal məlumat əldə etmək fiziki olaraq mümkün deyil. Ona görə vətəndaşlıq mövqeyi çox vacibdir və bu işin daha operativ təşkilinə kömək edir.
Buna görə də məhz vətəndaşlıq mövqeyi ilə çıxış edən şəxslərə çox minnətdarıq. Bir daha fürsətdən istifadə edərək vətəndaşlara müraciət edirik ki, bu gözəl əraziləri çirkləndirməsinlər. Onları bu haldan çəkinməyə, təbiətə münasibətdə daha həssas olmağa çağırırıq”.
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı