Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iştirakçı ölkələrin hərbi qulluqçularının qatıldığı tədbirdə ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb:
"Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Sonda beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub".
Qeyd edək ki, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...