Bu gün saat 12:40-da ADY-yə məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən orta yaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
"Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.
ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - qurumdan bildirilib.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...