Kursk vilayətinə hücumda iştirak edən Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüşçüləri arasında Amerikanın özəl hərbi şirkəti “Forward Observation Group”un muzdluları da var.
BUTA.TV Publika.az-a xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Eyni zamanda, hərbi qruplaşma Kiyevin qadağasını əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyinə hörmətlə, bütün suallar onlara ünvanlanmalıdır. Heç bir şərhimiz yoxdur”, - “RİA Novosti” şirkətin Rusiya regionuna hücumda iştirak edib-etməmələri ilə bağlı suala cavabını yayıb.
Qrup “İnstaqram”da muzdluların fotosunu dərc edib. Görüntülərdə hərbçilər HMMWV zirehli maşınının qarşısında poza veriblər.
“Uşaqlar Kurskdadır”, - fotoya yazılan şərhdə coğrafi yer kimi Kursk bölgəsi göstərilir.
Mediada yayılan xəbərlərə görə, fotonun mərkəzində şirkətin qurucusu Derrik Beylz yer alıb.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...