Cənubi Qafqazda böyük partlayışlar, kritik hadisələr baş verir, Ermənistanın Baş naziri Nikol Paşinyan isə növbəti konsertə hazırlaşır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin məlumatında qeyd olunur.
Nəşr yazır ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri, Azərbaycan Prezidenti ilə sülh prosesini Ermənistan olmadan müzakirə etməsi fonunda İrəvan hökuməti heç bir ciddi addım atmır. Hətta Baş nazir Nikol Paşinyan ölkədə yeni böyük musiqi festivalına hazırlaşır. Məlumata görə, Gümrü və İcevandan sonra bu dəfə də Vayots Dzor vilayətinin Yegeqnadzor bölgəsində konsertlər təşkil olunacaq. Hazırda Paşinyanın əsas diqqəti bu məsələnin üzərindədir və başqa heç nəyə baxmır.
Avqustun 24-də Yegeqnadzorda keçiriləcək konsertdə Baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan şəxsən iştirak edəcəklər. Hətta konsertdə Ermənistanı “Avroviziya-2024” mahnı müsabiqəsində təmsil edən “Ladaniva” qrupunun çıxışı da nəzərdə tutulub.
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu
- Rusiya onları Azərbaycana təhvil verdi
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...