İtaliyanın Piombino limanından yola düşən gəmi-bərəsinin mühərrik bölməsində yanğın baş verib.
BUTA.TV xəbər verir ki, Elba adası istiqamətində hərəkət edən “Corsica Sardinia Ferries” şirkətinə məxsus “Corsica Express” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.
Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi