Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.
BUTA.TV xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Boqdan Makarovetsi 3:1 hesabıyla üstələyərək yarışa qələbə ilə başlayıb.
Lakin o, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzaraq (0:8) qızıl medal qazanmaq şansını itirib.
Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayaraq (9:0) bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi