Ukrayna təcili olaraq NATO ölkələrindən Avro-Atlantika Böhranına Cavab Koordinasiya Mərkəzi vasitəsilə ağır mülki tikinti və mühəndislik avadanlıqları, o cümlədən tral və ekskavatorlar, onlarla yanğınsöndürən maşın və zirehli təcili yardım maşınları ilə təmin etməyi xahiş edib.
BUTA.TV xəbər verir ku, bu barədə NATO-dan məlumat verilib.
Ümumilikdə, Ukrayna 17 tırtıllı və 10 təkərli ağır ekskavator, çəkisi 100 tona qədər olan yüklərin daşınması üçün qoşqulu 30 traktor (bu, 1 və ya 2 əsas döyüş tankının daşınmasına imkan verir), 25 zirehli təcili yardım maşını, eləcə də 27 yanğınsöndürən maşın verilməsini istəyir.
Alyansın koordinasiya mərkəzi insanları xilas etmək və dağıntıları təmizləmək üçün Kiyevi bu avadanlıqlarla təmin etmək zərurəti barədə NATO ölkələrini məlumatlandırıb. Hətta bütün maşınların təcili tələb olunduğunu bildirib.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi