Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Yeni Xanqızı kanalının Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Aparılan axtarışlar zamanı bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi