İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
İsmayıllı şəhərində avqustun 20-də saat 14 radələrində BMV və VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1953-cü il təvəllüdlü Məhəmməd Abdul oğlu Rəhimov hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi