Türkiyənin "Qalatasaray" klubu İsveçrədə "Yanq Boyz"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa itki ilə çıxacaq.
BUTA.TV xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Barış Alpər Yılmaz sözügedən matçda komandasına kömək edə bilməyəcək.
Ürəkbulanma, qusma və qida zəhərlənməsi aşkarlanan 24 yaşlı vinger səfərə yollana bilməyib.
Qeyd edək ki, avqustun 21-də təşkil olunacaq "Yanq Boyz" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab matçı bir həftə sonra reallaşacaq.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi