"Dinamo Minsk" komandası ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
BUTA.TV Metaratings.by-a istinadən xəbər verir ki, hazırda Avropa Liqasının pley-offunda iştirak edən Belarus təmsilçisi Belçika "Anderlext"inə qalib gəlsə bu turnirdə, məğlub olsa, Konfrans Liqasının qrupunda çıxış edəcək.
Bildirilib ki, "Dinamo Minsk" rəqiblərini Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edəcək. Artıq Azərbaycan tərəfi ilə bütün detallar razılaşdırılıb.
Qeyd edək ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib. Ötən mövsüm bu komanda təsnifat mərhələsində rəqiblərini ölkəmizdə qəbul etmişdi.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi