Litva 2027-ci ilin sonuna kimi 4 minə qədər döyüşə hazır alman əsgərinin yerləşəcəyi hərbi bazanın tikintisinə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu, II Dünya müharibəsindən sonra alman qoşunlarının xaricə ilk daimi yerləşdirilməsi olacaq.
Bildirilib ki, Almaniya ötən il Rusiya ilə həmsərhəd olan NATO və Avropa Birliyinə üzv dövlətdə qoşun yerləşdirməyə söz vermişdi. Almaniyanın müdafiə naziri Boris Pistorius bu qərarı Sovet hücumu zamanı Qərbi Avropanı müdafiə etmək üçün Soyuq Müharibə dövründə müttəfiq qoşunlarının Qərbi Almaniyada yerləşdirilməsi ilə müqayisə edib.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi