Zaqrebdə olduğumuza və "Dinamo" kimi kluba qarşı oynayacağımıza görə çox xoşbəxtəm.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada "Dinamo" klubuna qarşı keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Fransalı yarımmüdafiəçi qarşılaşmaya hazır olduqlarını bildirib:
"Çempionlar Liqasında mübarizəyə başladığımız ilk gündən bəri məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Artıq sabah pley-offda ilk görüşümüzü keçirəcəyik. Bu, bizim üçün yaxşı fürsətdir. Şanslarımızdan yararlanmalıyıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi