Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətinin məlumatında bildirilib.
“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Söhbət o cümlədən “Şimal-Cənub” layihəsindən, bu ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanması ilə bağlı razılığın əldə olunmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
Qeyd edək ki, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Putin avqustun 18-də Bakıya iki günlük səfəri gəlib. Dövlət başçıları danışıqlar aparıb, bir sıra birgə sənədlər imzalayıblar.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi