Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət fəlakətlidir.
BUTA.TV xəbər verir ki, bunu "Bild" nəşrinin analitiki Culian Röpke deyib.
"Ukrayna hakimiyyəti iki həftə ərzində Pokrovsk şəhərinin boşaldılması barədə göstəriş verib. Toretskdən 50 km şimal-şərqdə, 32 min sakindən 29 mini bölgəni tərk etdi. Orada vəziyyət fəlakətlidir. Bu vəziyyətdə mən hələ də 5 min ən yaxşı əsgəri əks-hücuma keçmək əvəzinə oraya göndərməyin son dərəcə riskli olduğunu düşünürəm", - analitik bildirib.
Nəşrin məlumatına görə, rus hərbçiləri Pokrovska 7-8 kilometrə qədər yaxınlaşıblar.
Qeyd edək ki, ötən gün Donetsk vilayət hərbi administrasiyası uşaqlı ailələrin Pokrovskdan məcburi təxliyə edildiyini elan edib.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi