Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın liderinə xahişi əsasında Türkiyəyə göndərilən “BE-200ÇS” amfibiya təyyarəsi İzmir vilayətinin qərbində meşə yanğınlarının söndürülməsində iştirak edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Türkiyəli nazirin sözlərinə görə, Azərbaycandan göndərilən təyyarə yanğın zonasına hər uçuşda 12 ton su buraxa bilir. O, həmçinin məlumat verib ki, yanğın bölgəsindən 4159 nəfər təxliyə edilib. Dövlət fəlakət zonasında əhalini dəstəkləmək üçün maliyyə vəsaiti ayırıb.
Nazirin sözlərinə görə, ölkənin meşə massivlərinin yandırılmasında şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Yerlikaya əlavə edib:
“Yanğınlar törədən şəxslər aşkar olunur və hüquq-mühafizə orqanlarına təhvil verilir”.
Bununla yanaşı, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, avqustun 18-i səhər saatlarında daxil olan məlumata görə, ölkə ərazisində meşə yanğınlarının 8 fəal ocağı qeydə alınıb. “Təkcə son iki gün ərzində aviasiya yanğın zonalarına 7 min 662 ton su buraxıb”, -deyə o bildirib.
Nazir Azərbaycandan kömək üçün göndərilən təyyarədən də danışıb. Qardaş ölkəyə təbii fəlakətlə bağlı dəstəyə görə təşəkkürünü bildirən Yumaklı deyib:
“Amfibiya təyyarəsi avqustun 18-də gecə saatlarında İzmirin Adnan Menderes Hava Limanına enib”.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!