“Killer” hüceyrələr uşaq beyin xərçənginin nadir formasının şişlərini effektiv şəkildə məhv edə bilir.
BUTA.TV xəbər verir ki, bu məlumatı amerikalı alimlər “Bioactiv Materials” jurnalına müsahibəsində deyiblər.
Bildirilib ki, bədənin sağlamlığına nəzarət edən və viruslara, bakteriyalara və digər patogenlərə hücum edən hüceyrələr uşaqlarda mərkəzi sinir sistemini əhatə edən nadir xərçənglə mübarizədə ümüdberici görsənir:
“Killer və yaxud qatil hüceyrələr bədənin polisidir. Məqsədimiz bu hüceyrələrin həm kəmiyyətini, həm də keyfiyyətini artırmaq, onları daha güclü etməkdir”, - tədqiqatın aparıcı müəllifi vurğulayıb.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
O, komandası ilə birlikdə bu hüceyrələrin bədxassəli “rabdoid” şiş kimi tanınan xüsusi xərçəng növünü məhv etmək qabiliyyətini təhlil edib.
Mütəxəssilər qeyd edib ki, indiyə qədər beyin xərçəngindən əziyyət çəkənlər üçün standart terapiya yox idi. Odur ki, bu xəstəliyin ənənəvi üsullarla (kimyaterapiya və ya şüa terapiyası) müqayisədə daha az yan təsirlə müalicə oluna biləcəyini öyrənmək üçün tədqiqatçılar təcrübə aparıblar. İmmunitet sistemi tərəfindən rədd edilmə riskinin qarşısını almaq üçün insan kök hüceyrələri yenidən proqramlaşdırılıb.
Tədqiqat hələ ilkin mərhələdədir.
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir