Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.
“Bildiyiniz kimi qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən 1 saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək. Səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik”, - o bildirib.
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir