Çeçenistan başçısı Ramzan Kadırov “Tesla” şirkətinin baş direktoru İlon Maskdan elektrikli pikapı alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb. “Biz Elon Maskdan Tesla kiber yük maşını aldıq, mən yeni texnologiyanı sınaqdan keçirməkdən məmnun oldum. Şəxsən əmin oldum ki, onun “Cyberbeast” adlandırılması təsadüfi deyil. Çox rahat maşındır. Maneələri dəf edən manevrli avtomobildi. Bu cür əla xüsusiyyətlərə əsaslanaraq, kiberyük maşını tezliklə Şimal-Şərq Hərbi Dairə zonasına göndəriləcək”, - o bildirib.
Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Tesla şirkətinin baş direktoru İlon Maskı Qroznıya səfərə dəvət edib.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi