Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-16-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası (Sədərək və Ordubad) istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sülh müzakirələrinin getdiyi bir vaxtda rəsmi İrəvanın yenidən təxribata əl atması diqqət çəkir.
Ermənistan ordusunun ardıcıl təxribatlarının səbəbi nədir, hansı proses gedir?
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev İrəvanın ABŞ-ın Ermənistana hərbi dəstək verməsi fonunda Azərbaycana qarşı intensiv təxribatlara başladığını bildirib.
“Bildiyiniz kimi, ABŞ-dan Ermənistana hərbi təyyarələr gəlib. Buradakı hərbi yüklərin Zəngəzurdakı bazaya yerləşdirilməsi haqda iddialar var. Hətta amerikalı zabitlər erməni hərbçilərinə təlimlər keçir, onları hazırlaşdırır.
Lakin Azərbaycan Ordusu üçün bu təxribatların kimin tərəfindən, niyə törədilməsinin əhəmiyyəti yoxdur. Ordumuz bu cür təxribatlara hələ ki adekvat cavab verir. Təxribatlar genişlənərsə, Ermənistan hərbi mövqelərinə kifayət qədər sərt cavab zərbəsi endirilə bilər. Belə olan halda düşmən növbəti dəfə atəş açmaq istəyərkən daha dərindən düşünəcək.
Görünür, 44 günlük müharibədən lazımi dərsi çıxarmayan Ermənistan hələ də yalnız güc yolundan anlayır”, - hərbi ekspert qeyd edib.
Ə.Verdiyev vurğulayıb ki, təxribatlar davam edərsə, Ermənistanın atəş açan mövqeləri Azərbaycan Ordusu tərəfindən darmadağın edilməlidir:
“Həmin mövqelər bizim üçün əhəmiyyət daşıyırsa, orada Azərbaycan bayrağı qaldırılmalı, mühəndis-istemkan işləri aparılmalıdır”.
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?