2008-ci ildə Pekində keçirilən yay Olimpiya Oyunlarında Azərbaycan və Ermənistan idmançılarının qarşılaşması yenidən gündəmə çevrilib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın o zamanlı rəhbəri Serj Sərkisyanın da izlədiyi görüşü yenidən trendə çeviriblər.
Sözügedən qarşılaşmada Rövşən Bayramov Roman Arayonla qarşılaşır və böyük hesabla qələbə qazanır.
Videodan aydın olur ki, Əliyev təmkinini qorusa da, Sərkisyan həyəcanını gizlədə bilmir. Rövşənin qələbəsindən sonra İlham Əliyev onu ayaqüstə alqışlayır, erməni nümayəndə heyəti isə sarsılır.
Serj Sərkisyan Azərbaycan idmançısının qalib gəlməsi münasibəti ilə İlham Əliyevi təbrik edir və onun əlini sıxır.
Qeyd edək ki, Böyük Qələbəyə gedən yol addım-addım qazanılmışdı: bütün sahələrdə, o cümlədən dünyanın istənilən siyasi, mədəni, idman və digər platformalarında, açıq və qapalı danışıqlarda, masada və meydanda (Aprel, Cünnüt savaşları), KTMT-nin məxfi müzakirələrində, Qərb paytaxtlarında, debatlarda Azərbaycan hər dəfə qalib ayrılırdı...
Nəhayət, 2020-ci ildə həlledici, 2023-cü ildə isə yekun Qələbə ilə torpaqlarımız azad edildi.
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?