Son ana kimi mübarizə apardıqlarına görə futbolçularımla fəxr edirəm. Azarkeşlərimizə də verdikləri dəstəyə görə minnətdaram.
BUTA.TV xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubuna penaltilər seriyasında qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis penaltilər seriyasında 5 topdan 4-nü dəf edən qapıçı Tiaqo Silva barədə danışıb:
"Şerif" (Moldova) ilə oyunun penaltilər seriyasında Tiaqonun çıxışından razı qalmamışdım. Amma o, bu gün böyük hünər göstərdi. Bunu bacarmaq elə də asan iş deyil".
O, pley-off mərhələsində qarşılaşacaqları Kiprin "Omoniya" klubu haqqında da fikirlərini bölüşüb:
"Düzü, komanda haqqında məlumatım yoxdur. “Fehervar"la (Macarıstan) keçirdikləri matçı izləmişəm. Üstünlük əldə ediblər. Bu da onların güclü rəqib olduğunu göstərir. Müəyyən qədər avrokubok təcrübələri var. Görünür ki, bizim kimi onlar da qrupa düşmək istəyirlər. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?