Donald Trampın vəkilləri keçmiş prezidentin cinayət işinə baxan hakimdən onun sentyabrın 18-nə təyin edilmiş hökmünü noyabrda keçiriləcək prezident seçkilərindən sonraya təxirə salması üçün müraciət ediblər.
BUTA.TV xəbər verir ki, avqustun 13-ü məhkəməyə göndərilən, lakin ötən gün ictimaiyyətə açıqlanan məktubda Trampın vəkilləri qeyd edirlər ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədinin hökmü erkən səsvermənin başlamasından dərhal sonraya nəzərdə tutulur. Vəkillər bu qərarın təxirə salınmamasını prokurorların seçki prosesinə müdaxiləsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, daha öncə Trampın həbsi iyulun 11-nə nəzərdə tutulmuşdu. İşə baxan hakim Xuan Merçan ABŞ Ali Məhkəməsinin prezidentin toxunulmazlığına dair qərarından sonra Trampın müraciəti əsasında hökmü sentyabrın 16-na, həbsi isə 18-nə kimi təxirə salınıb.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı