Avqustun 15-də İsrail Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan dövlətlərdə - Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə ərazisində yerləşən bütün İsrail vətəndaşlarına müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vesti İsrail” məlumat yayıb.
Bildirilib ki, İsrail XİN İranın qonşuluğunda olan bu 4 ölkədəki vətəndaşlarına ayıq və ehtiyatlı olmalarını tövsiyə edib:
“İran və onun proksilərinin israillilərə zərbə endirmək cəhdləri ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi yuxarıda göstərilən dövlətlərə səfər edən vətəndaşları maksimum ayıq və ehtiyatlı olmağa və İsrail Milli Təhlükəsizlik Şurası yanında Terrorla Mübarizə Qərargahının göstərişlərinə əməl etməyə çağırır”, - müraciətdə bildirilib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Xarici İşlər Nazirliyi qeyd edib ki, müraciət İran və onun proksilərindən gələn təhdidlərlə bağlıdır. Nazirlik həmçinin vurğulayıb ki, müharibə başlayandan bəri İran bütün dünyada İsrail hədəflərinə hücum cəhdlərini gücləndirib.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı